Göygöl rayonunda qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə növbəti monitorinq aparılıb
02 dekabr 2023 | 16:04
Aparılan növbəti monitorinq zamanı rayonun Yeni Qızılca kəndində yerləşən 0.11 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi tikintisi aparılması faktı aşkar olunub. Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.