Göygöl rayonunda qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə aparılan monitorinqlər davam etdirilir
27 noyabr 2023 | 19:47
Növbəti monitorinq zamanı rayonun Üçtəpə kəndində yerləşən 0.4 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan tikintisi aparılan yaşayış sahəsi aşkarlanıb. Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.