Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “PeşədəSən” adlı forum keçirilib

20 fevral 2025 | 18:18
Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Peşə Məktəbi və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan Forum Dövlət Himni ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları izlənilib.
Forumda Göygöl Rayon İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə spiker qismində iştirak edərək, moderatorun və tələbə gənclərin suallarını cavablandırıblar.
Tədbirin rəsmi hissəsi bədii sonluq və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
İştirakçılar çay fasiləsindən sonra panel təlimlərə qoşulublar.
Keçidlər