Göygöl rayonunda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd olunub
11 mart 2025 | 20:10
Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi dörd çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır.
Yel çərşənbəsi ilə bağlı rayonun kənd və qəsəbələrində vacib olan qədim adət-ənənələrimizə uyğun yığıncaqlar və tədbirlər təşkil olunub.