Göygöl rayonunda növbəti təmizlik aksiyası təşkil olunub
03 iyul 2023 | 16:51
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində meşə ərazilərinin tullantılardan təmizlənməsi ilə əlaqədar keçirilən növbəti təmizlik aksiyası çərçivəsində Göygöl-Toğanalı avtomobil yolunun sağ və sol hissəsində təmizlənmə işləri həyata keçirilib.
Keçirilən aksiya çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Göygöl Meşə Mühafizəsi və Bərpası idarəsinin əməkdaşları iştirak etmişlər.
Ümumilikdə 93 nəfərin iştirak etdiyi tədbirdə 3 hektar ərazi tullantılardan təmizlənmiş, toplanmış təxminən 200 kq tullantılar polietilen torbalara toplanaraq Göygöl MKTİB - nə məxsus nəqliyyat vasitəsi ilə ərazidən daşınmışdır.