Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda növbəti qanvermə aksiyası təşkil olunub

10 avqust 2024 | 19:55
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin birgə təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Göygöl Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
Qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim personalı tərəfindən müayinə edildikdən sonra qanvermə aksiyasında iştirak ediblər.
Keçidlər