Göygöl rayonunda növbəti qanvermə aksiyası təşkil olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair imzalanmış xüsusi sərəncamların icrası və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Respublika üzrə qanvermə aksiyaları həyata keçirilir. Göygöl rayon əhalisi də növbəti dəfə bu təşəbbüsə qoşularaq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün donorların könüllü qanvermə aksiyasında iştirak etmişdir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası PHŞ birgə təşkilatçılığı ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasında təşkil olunmuş qanvermə aksiyasında donorlar "Respublika Qan Bankı" Publik Hüquqi Şəxsin həkim personalı tərəfindən müayinə edildikdən sonra qanvermə aksiyasında iştirak etmişlər.