Göygöl rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
02 aprel 2025 | 10:11
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 21 mart “Beynəlxalq meşələr günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. 10 saylı (Göygöl) RMTM-nin Hacıkənd m/b-nin 4 saylı meşə dolayında keçirilən ağacəkmə aksiyasında Göygöl RİH-nin məsul işçiləri, 10 saylı (Göygöl) RMTM-nin mərkəzin əməkdaşları və rayon ərazi vahidi üzrə nümayəndəlikləri iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində 1,0 ha sahədə 3300 ədəd göyrüş və fıstıq cinsindən tinglər əkilmişdir.