Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Konstitusiya və suverenlik ili”ndə keçirilən silsilə tədbirlər çərçivəsində növbəti görüş 15 May - Beynəlxalq Ailə Günü ərəfəsində baş tutub

13 may 2025 | 17:57
Göygöl rayon Balçılı kənd 1 nömrəli tam orta məktəb kollektivi ilə “Reproduktiv sağlamlıq, ailə planlaşdırılması, doğulan körpələrin cins nisbətinin pozulmasının qarşısının alınması” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin və Balçılı kənd icra nümayəndəliyinin əməkdaşları, kənd 1 nömrəli tam orta məktəbin kollektivi və kənd tibb məntəqəsinin işçiləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın məsul katibi Vəfa İbrahimova giriş nitqində 15 May-Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etmək olduğunu qeyd edərək bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Tədbirdə məktəbin psixoloqu Günel Həsənova və Balçılı kənd tibb məntəqəsinin mama tibb işçisi Jalə Məmmədova reproduktiv sağlamlıq, ailə planlaşdırılması və uşaqların cins seçimindən ətraflı məlumat verərək reproduktiv sağlamlığın fərdlərin sağlamlıq imkanlarına çıxışı olmaqla yanaşı, eyni zamanda sağlam ailənin planlaşdırılması və yaradılması ilə həm də sağlam cəmiyyətin əsasının qoyulmasına töhfə olduğunu bildiriblər.
Görüşdə digər rəsmilər də maraqlı məqamlara toxunaraq mövzu ilə bağlı ətraflı çıxışlar ediblər. Sonra iştirakçıların fikirləri və sualları cavablandırılıb və mövzu ilə bağlı videoçarx təqdim olunub.
Keçidlər