Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Konstitusiya və suverenlik ili” çərçivəsində növbəti görüş Üçtəpə kənd tam orta məktəb kollektivi ilə keçirilib

05 may 2025 | 18:06
15 May - Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəslə aşılanması” mövzusunda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin, Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Üçtəpə kənd tam orta məktəbin kollektivi və kənd tibb məntəqəsinin işçiləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqində 15 May-Beynəlxalq Ailə Gününün bütün dünyada ailənin cəmiyyətin əsas sütunu olduğunu və ailə institutunun möhkəmləndirilməsi istiqamətində addımlar atmaq məqsədilə qeyd olunduğunu vurğulayaraq, ailə dəyərlərinin qorunub saxlanması və bu dəyərlərin gənc nəslə ötürülməsinin vacib olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ailə insanın ilk sosial mühiti, ilk təhsil və tərbiyə ocağıdır. Ailədə formalaşan sevgi, hörmət, mərhəmət, məsuliyyət və əmək kimi mənəvi dəyərlər insanın gələcək şəxsiyyətinin əsasını təşkil edir. Sağlam ailələrdən formalaşan cəmiyyətlər daha güclü, daha stabil və daha dayanıqlı olur.
Bu gün, qloballaşma və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə ailə dəyərləri müxtəlif təsirlərlə üz-üzədir. Bəzən ənənəvi dəyərlər unudulmaq, ailə bağları zəifləmək təhlükəsi ilə qarşılaşır. Bu səbəbdən, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə aşılanması xüsusi əhəmiyyət daşıyır. Gənclərimizə ailə dəyərlərinin ötürülməsi təkcə valideynlərin deyil, həm də təhsil müəssisələrinin, cəmiyyətin, KİV-in və dövlətin üzərinə düşən mühüm bir vəzifədir. Uşaqlara və gənclərə ailənin əhəmiyyəti, valideyn-övlad münasibətləri, qarşılıqlı hörmət və dəstək prinsipləri düzgün şəkildə izah edilməlidir. Onlara nümunəvi ailə modelləri təqdim olunmalı, sosial layihələr və maarifləndirmə proqramları vasitəsilə bu dəyərlər gücləndirilməlidir.
Azərbaycan ailəsi əsrlər boyu öz güclü ənənələri ilə seçilmişdir. Ailə institutunun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin də prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ailə siyasətinə, qadın və uşaq hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir.
Tədbirdə Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülfanə Səfərova, RİHB Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səyavuş Rəhimov, kənd tam orta məktəbin direktoru Hökmran Qocayev və digər natiqlər mövzu ilə bağlı ətraflı çıxışlar etmişlər. Sonra iştirakçıların sualları cavablandırılmış və yekunda mövzu ilə bağlı videoçarx təqdim olunmuşdur.
Keçidlər