Göygöl rayonunda “Konstitusiya və suverenlik ili” çərçivəsində növbəti görüş Quşqara kənd tam orta məktəb kollektivi ilə keçirilib
15 may 2025 | 18:21
15 May - Beynəlxalq Ailə Günü münasibəti ilə “Xoşbəxt ailənin təməli müstəqil və suveren dövlətdən başlayır” mövzusunda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin və Quşqara kənd icra nümayəndəliyinin əməkdaşları, Quşqara bələdiyyəsinin sədri, kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra mövzu ilə bağlı videçarx təqdim olunub.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildiyini qeyd edərək bu əlamətdar tarixləri ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Ali Baş Komandanın güclü iradəsi və qəhrəman Ordumuzun şücaəti sayəsində yaşadığımızı bildirdi. Konstitusiyamızda olduğu kimi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən dolayı qüruru və bu ənənələrin davam etdirilməsi niyyəti vurğulanaraq müstəqil dövlətin əsas şərtlərindən birinin suverenlik olduğunu qeyd etdi. Eyni zamanda bildirildi ki, ailə-cəmiyyətin əsasını təşkil edən müqəddəs bir dəyərlər sistemidir. Lakin ailənin rifahı, təhlükəsizliyi və inkişafı yalnız müstəqil, suveren bir dövlətdə mümkündür. Azərbaycan bu gün bu cür dövlətdir azad, güclü və ailəyə dayaq olan bir dövlət. Bu gün biz ailə institutumuzu qoruyub saxlaya və gələcək nəsillərə ötürə bilirik.
Tədbirdə çıxış edən digər natiqlər Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova, Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qübar Əliyev, Quşqara bələdiyyəsinin sədri Ruslan Məmmədov, Quşqara kənd tam orta məktəbin direktoru Gülər Əmiraslanova, tarix müəllimi və psixoloqu ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsində olduğunu və Dövlət Ailə Siyasətinin Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapdığını bildiriblər. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra maraqlı layihələrin reallaşdığını, bunun ailələrin möhkəm və sağlam əsaslar üzərində qurulmasına, onların firavanlığının təmin olunmasına xidmət etdiyi bildirildi. Orta məktəblərdə də şagirdlərə ailə, ailə məsuliyyəti barədə aydın təsəvvürlər formalaşdırılmasının və gənclərin hər birinin ailə dəyərləri ilə bağlı maariflənməsinin vacibliyi diqqətə çatdırılıb. Natiqlər uğurlu və xoşbəxt ailənin insanı mənəvi və psixoloji olaraq tənhalıqdan qurtardığını və insanın ən doğma, ən etibarlı öz daxili rahatlığını bərpa etdiyi məkan olduğunu bildirərək ailə dəyərlərinin qorunub saxlanılmasını və gələcək nəslə ötürülməsini gənclərə aşılayıblar.