Göygöl rayonunda “Konstitusiya tariximizi öyrənirik” mövzusunda tədbir təşkil olunub
04 mart 2025 | 20:35
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya tariximizi öyrənirik” mövzusunda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, Göygöl Gənclər Evinin əməkdaşları, Göygöl Peşə Məktəbinin müəllim və tələbələri iştirak etmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra “Konstitusiya tariximizi öyrənirik” mövzusunda videoçarx təqdim olunub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyət kəsb etdiyini, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olduğunu qeyd etdi.
Tədbirdə çıxış natiqlər İcra Hakimiyyətinin əməkdaşı Əfsanə Cəfərova, Peşə məktəbinin müəllimi Asya Qafarova, Gənclər Evinin psixoloqu Bəsdi Rəhimova çıxışlarında konstitusiya tariximiz, konstitusiyamıza yeni dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi məqsədilə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ətraflı məlumat verərək, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və hüquqi dəyərlərin təbliği baxımından böyük strateji əhəmiyyət daşıdığını vurğuladılar. Qeyd etdilər ki, bu il ərzində həyata keçirilən tədbirlər, Azərbaycan xalqının suverenliyini qorumaq və milli iradəsini gücləndirmək istiqamətində yeni bir mərhələ olacaqdır. Sonda gənclərlə mövzu ətrafında diskusiya aparıldı.