Göygöl rayonunda KOB dostu fəaliyyətə başlayıb
13 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfindən yaradılan “Kiçik və orta biznesin dostu” şəbəkəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin rayon ictimaiyyətinə təqdim olunması mərasimi keçirilib. “Kiçik və orta biznesin dostu” şəbəkəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin ofisi Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev, sahibkarlar və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.