Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “İxtisas bələdçisi” layihəsi həyata keçirilib

11 avqust 2022 | 18:02
     Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” layihəsi çərçivəsində Göygöl  rayonu Üçtəpə kənd tam orta  məktəbdə 165 nəfər  abituriyentin  iştirakı  ilə tədbir  keçirilib. Məşğulluq Agentliyin “İxtisas  bələdçisi”  layihəsi  çərçivəsində abituriyentlərə peşə  və  ixtisas  seçimi  sahəsində maarifləndirmə və karyera  məsləhət  xidmətinin göstərilməsi haqqında    ətraflı  məlumat  verilib, hər  bir  abituriyentə topladıqları  ballara  uyğun  olaraq düzgün ixtisas  seçimi  qaydaları  izah  edilib.
     Tədbirin sonunda Agentliyin  əməkdaşları tərəfindən abituriyentlərin sualları cavablandırılıb.
Keçidlər