Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Himayədar ailəyə qəbulun təşviqi məqsədilə təkliflərin hazırlanması” mövzusunda dəyirmi masa keçirilib

15 may 2024 | 11:20
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə Göygöl rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində “Himayədar ailəyə qəbulun təşviqi məqsədilə təkliflərin hazırlanması” mövzusunda dəyirmi masa təşkil olunub. Rayon Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Rayon üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Dilarə Mövlayeva, nümunəvi ailələr və gənclər iştirak ediblər.
Dəyirmi masada mövzu ətrafında çıxışlar dinlənilib, himayədar ailəyə qəbulun təşviqi məqsədilə təkliflərin hazırlanması,  cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması məqsədilə müxtəlif təbliğat xarakterli və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və ailə dəyərləri geniş təbliğ olunması bildirilmişdir. Qeyd olunub ki, ailə və dövlətin, ailə və cəmiyyətin müqəddəratı daim eyni olur. Güclü cəmiyyət sağlam ailə münasibətlərinə bağlıdır. Konstitusiyamızda ailə dövlətin və cəmiyyətin əsas özəyi kimi qəbul edilir. Biz həm də tarixən ailəni ocaq və qoruyucu nüvə sayan bir mədəniyyətin, sivilizasiyanın mənsublarıyıq. Güclü ailə güclü dövlətin təməlidir. Ailə kiçik dövlətdir, dövlət böyük ailədir.
Keçidlər