Göygöl rayonunda “Heyvandarlıq sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüş keçirilib
05 fevral 2025 | 11:45
Göygöl Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş görüşdə İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev, Göygöl KOB dostu Orxan Əhmədov, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə filialının, Göygöl DAİM-in, Aqrar Sığorta Fondunun, Express bankın nümayəndələri və heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan Arzu Qocayev rayonda kənd təsərrüfatının inkişafının daim prioritet məsələlərdən biri olduğunu, rayon iqtisadiyyatında kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın böyük əhəmiyyətini bildirmiş və bu sahədə əldə edilmiş uğurları diqqətə çatdırmışdır.
Görüşdə Anar Əliyev çıxış edərək KOBİA-nın fəaliyyəti barədə iştirakçıları məlumatlandırmış, sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat vermişdir.
Daha sonra görüş digər iştirakçıların çıxışları ilə davam etmiş, sonda sahibkarların problemləri və təklifləri dinlənilmiş, həlli istiqamətində qarşılıqlı müzakirələr aparılmışdır.