Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

29 aprel 2024 | 18:55
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Suvarma Sistemlərinin İdarəsinin rəisi İsmayıl Əvəzov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev və Mərkəzin mütəxəssisləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkar Bəhruz Mustafaya məxsus heyvandarlıq təsərrüfatında görüş keçirilib. Görüş zamanı Arzu Qocayev sahibkarın problemləri ilə maraqlanaraq aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini bildirmişdir.
Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Heyvandarlıq məhsullarının istehsalının artırılmasının həlli yollarından biri də mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasıdır.
Hal-hazırda Fermer Bəhruz Mustafaya məxsus heyvandarlıq təsərrüfatında 200 başdan çox Jersey cinsi ətlik-südlük və südlük istiqamətli iribuynuzlu heyvan saxlanılır və mütərəqqi texnologiyalardan istifadə edərək yemləmə, bəsləmə və qulluq işlərini zootexniki tələblərə uyğun təşkil edirlər.
Son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlət tərəfindən sahibkarlara göstərilən sistemli dəstək nəticəsində bu sahənin inkişaf etdiyini iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə heyvandarlıq məhsullarının laboratoriya analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin heyvandarlıq məhsullarının idxal və ixracı zamanı işin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq mütəxəssislər tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar dəstəyin və metodiki köməkliyin davam etdiriləcəyi bildirilib.
Görüşdə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkar Bəhruz Mustafanın təklifləri dinlənilib və lazımi dəstəyin göstərilməsi istiqamətində aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
Keçidlər