Göygöl rayonunda “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda dəyirmi masa keçirilib
30 may 2023 | 21:33
Göygöl Rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nürəddin Babazadə, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, gənclər təşkilatlarının nümayəndələri, ziyalılar və YAP fəalları iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq, Heydər Əliyev ili ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlərdən söhbət açmış, çoxsaylı tədbirlərin davamı olaraq bugünkü tədbirin mahiyyətindən, Heydər Əliyev irsinin gənc nəslə aşılanmasının vacibliyindən danışmışdır.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummilli Liderimiz Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşdüyünü vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.
Göygöl Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq bildirmişdir ki, Azərbaycan xalqı Ulu Öndərin irsini və siyasi kursunu davam etdirməklə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək və yeni-yeni Zəfərlərə nail olacaqdir.
Digər çıxış edənlərdən Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, YAP fəallarından Semur Əsgərov, Salman Balakişiyev, Dilarə Mövlayeva, Könül Kazımova, Akif Rəhimov və digərləri Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dünyaya tanıdılmasından danışmış, Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.
Bütün çıxış və nitqlərdə Ulu Öndər dərin hörmət və ehtiramla xatırlanmış, bugünkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Heydər Əliyevin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.