Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda hərbi hissədə Novruz Bayramı tədbiri təşkil olunub

15 mart 2025 | 13:57
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Respublika Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə Göygöl rayon ərazisində yerləşən N saylı hərbi hissədə Novruz Bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi ədliyyə polkovniki Hümmət Məmmədov, Gəncə Hərbi Prokuroru ədliyyə polkovniki Şöhrət Qəhrəmanov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, və hərbiçilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ordu quruculuğu sahəsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmışdır. Bunun nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda bir sutkadan az müddətdə keçirilən lokal antiterror tədbirləri ilə rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü tam bərpa etməyə müvəffəq olmuşdur.
Tədbirdə Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Hümmət Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin təbrik məktubunu diqqətə çatdırıb, Gəncə Hərbi Prokuroru Şöhrət Qəhrəmanov və N saylı hərbi hissə komandanlığı çıxış edərək təbrik və xoş arzularının çatdırıblar. Sonra xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.
Rəsmi hissədən sonra Göygöl rayon Mədəniyyət müəssisələrinin təşkil etdiyi bayram konserti təqdim olunub.
Keçidlər