Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin görüşü keçirilib

29 mart 2024 | 11:54
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd 2023-cü il ərzində görülmüş işlərə nəzər salmaq, aidiyyəti qurumlarla birlikdə həyata keçirilən tədbirlərin və görülən işlərin səmərəliliyini artırmaq olub.
Görüşdə monitorin qrupunun üzvləri və rayon ərazisində fəaliyyət göstərən idarə müəssisə və təşkilatların məhsul işçiləri iştirak etmişdir. Əvvəlcə söz alan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova 2023-cü ildə görülən işlər haqqında geniş məlumat vermiş və qarşıya qoyulan məqsədlar haqqında danışmışdır. Daha sonra tədbir diskusiya formasında davam etmişdir.
Keçidlər