Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Gənclər təşkilatlarının Yay Təcrübə Məktəbi” layihəsinə start verilib

17 avqust 2022 | 10:57
      Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 17-22 avqust 2022-ci il tarixlərində 100 nəfər gəncin iştirakı ilə Göygöl rayon Olimpiya İdman Kompleksində “Gənclər təşkilatlarının Yay Təcrübə Məktəbi” layihəsinə start verilib. Təşkilatı işlər Gənclər Təşkilatı Milli Şurası NAYORA tərəfindən həyata keçirilir.  
     Düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə, gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünü inkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir.
Keçidlər