Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib

01 noyabr 2022 | 15:41
01 noyabr 2022-ci il tarixində  Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin və Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İsmayılzadə Şəhriyar tədbiri giriş sözü ilə açaraq  erkən nikahın və xüsusilə qohumlar arsında nikahın mənfi nəticələri barədə geniş məlumat verib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova çıxışında erkən nikah və qohumlar arasında nikahın pis fəsadlar törətdiyini, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsini, ailə münasibətlərinin gərginləşməsini və nəticə olaraq çox vaxt boşanmalara gətirib çıxardığını  qeyd edərək bunun yolverilməz olduğunu yeniyetmələrə ətraflı izah edib.
Göygöl Rayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Rəbiyə Ablayeva qız uşaqlarına bəzi valideynlərin ailədə ağır yük kimi baxması, təhsildən yayındırılaraq  tez tələsik hansısa bir qohumla erkən nikaha sövq edilməsi halları haqqında və həmin uşaqların psixoloji travma almaları, bunun gələcəkdə doğuracağı pis fəsadlar barədə  çıxış edib.
Tədbirin sonunda mövzuya aid Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına  paylanılıb.
Keçidlər