Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib-31-10-2024

31 oktyabr 2024 | 09:31
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Peşə məktəbində keçirilən maarifləndirmə görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə çıxış edərək erkən nikah hallarının bəzən qızların öz istəkləri ilə bəzən valideynlərin təzyiqi, ailədə maddi vəziyyətin çətinliyi və digər səbəblərdən baş verdiyini bildirərək, ölkədə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında hazırlanan Qanun layihəsindən və nikah yaşının bir il müddətinə azaldılmasının ləğvi barədə məlumat verdi. Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə işlərinin davam etdirilməsi ilə həm qızların həm də valideynlərin erkən nikaha münasibətinin dəyişməsinə nail ola bilməyi qeyd etdi.
Daha sonra Göygöl RMX PHŞ-nın həkimi Bahar İbrahimova hədd-buluğa çatmayanların uşaq doğumu risklərindən və qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskinin olduqca yüksək olduğunu, yetkinlik yaşına çatmayanların bioloji cəhətdən ana olmaqlarına baxmayaraq onların psixoloji cəhətdən ailə qurmağa hazır olmadıqlarını bildirdi.
Göygöl Rayon Polis şöbəsinin YYÇPİTQ-nun baş inspektoru polis mayoru Vüqar Məmmədov yetkinlik yaşına çatmayanlar üçün gizli şəkildə keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinlik yaratdığını bildirərək bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına və uşaq psixologiyasında ciddi fəsadlara səbəb olduğunu bildirdi.
Tədbirin davamında çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın” əməkdaşları, Göygöl peşə məktəbinin direktoru, Göygöl UADM-nin və Göygöl Rayon Gənclər Evinin psixoloqları və Göygöl Rayon Təhsil Sektorunun əməkdaşları da erkən evlilik və qohum nikahlarının neqativ fəsadlarından, bu cür halların sağlam gələcəyimizə bilavasitə zərbə vurmasından, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olmasından danışaraq gənc tələbələrin də erkən evliliklə mübarizə aparmalarını və bu cür hallarla rastlaşdıqda müvafiq qurumlara dərhal məlumat vermələrini bildirdilər.
Sonda tədbir iştirakçılarına “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”na həsr olunmuş videoçarx təqdim olunub və iştirakçıların sualları cavablandırılıb.
Keçidlər