Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə dəyişiklər edilməsinə həsr olunmuş görüş keçirilib

10 avqust 2024 | 13:32
Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə erkən evlilik və qohum nikahları nəticəsində yaranan problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar maarifləndirici görüş keçirilib. Görüşdə Göygöl Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YYÇİHMK-nın əməkdaşları Vəfa İbrahimova, Ceyhun Hümbətov, rayon üzrə qeydiyyat şöbəsinin, təhsil sektorunun əməkdaşı, mədəniyyət və kitabxana sahəsində çalışan nümayəndələr iştirak ediblər.
Çıxış edənlər “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər barədə geniş məlumat veriblər. Milli qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, nikaha və erkən evliliyə məcbur edilmə, 16 yaşa çatmayan şəxsin erkən evliliyinin təşkili, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi, bundan əlavə, Ailə Məcəlləsində edilən dəyişikliklərə görə, üzrlü səbəblərdən nikaha daxil olma yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməsi ləğv edildiyi, həmçinin nikahın bağlanmasına mane olan hallar siyahısına olunan əlavəyə görə, ümumi bioloji baba və (və ya) nənəsi olan şəxslər, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcəyi iştirakçıların nəzərinə çatdırılmışdır. Bildirilmişdir ki, Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir və qanun pozuntusuna görə cərimələr, azadlığın məhdudlaşdırılması və inzibati həbs cəzaları nəzərdə tutulub.
Keçidlər