Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda ərazi qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə Mülki Müdafiə məşqi keçirilmişdir

27 aprel 2023 | 19:06
27 aprel 2023-cü il tarixdə Göygöl rayonunun Mülki Müdafiə Xidmətlərinin hərbiləşdirilməmiş ərazi qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə Mülki Müdafiə məşqi keçirilmişdir. Məşqə 14 xidmət üzrə 61 texnika və avadanlıq, 157 nəfər şəxsi heyət cəlb edilmişdir. Məşqin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi qüvvələrinin xəbərdarlıq siqnalı ilə toplanış məntəqəsinə çıxarılması zamanı normativ qaydalara əməl olunması, xidmət qüvvələrinin peşəkarlıq səviyyəsinin və cəlb olunacaq texnika və avadanlığın texniki vəziyyətinin yoxlanılmasından ibarət olmuşdur.
Məşqdə rayonun Mülki Müdafiə rəhbəri - Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov və digər aidiyyəti şəxslər iştirak etmişdir.
Keçidlər