Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Əmək Yarmarkası” təşkil olunub

08 dekabr 2023 | 16:55
Dövlət Məşğulluq Agentliyi Gəncə - Daşkəsən Regional Məşğulluq filialı təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl şəhər Gənclər Evinin binasında 7 dekabr 2023-cü il tarixdə əmək yarmarkası təşkil olunmuşdur.
Tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev “Əmək Yarmarkası” iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, sözügedən tədbirlərin mütəmadi keçirilməsi rayon sakinlərinin məşğulluğuna müsbət təsir edərək, eyni zamanda işəgötürənlərin də uyğun kadrların seçilməsinə ciddi dəstək olacaq. Daha sonra Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov “Əmək Yarmarkası” iştirakçılarını salamlayaraq aktiv məşğulluq tədbiri olan yarmarkada fəal iştirak etməyə səsləndi və filial tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilmiş məşğulluq tədbirləri haqqında qısa arayış təqdim etdi. “Əmək Yarmarkası”nda Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Peşə Hazırlığı Mərkəzinin direktoru Ariz Ağayev və KOBİA Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev iştirak etmişdirlər.
İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə, 134 sayda boş iş yerləri (əməkhaqqı 345-1800 manat aralığında) təqdim olunmuşdur.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.
“Əmək Yarmarkası”nda iştirak edən işəgötürənlərin və işaxtaranların böyük əksəriyyəti yarmarkanın keçirilməsini onlara təqdim olunmuş qiymətləndirmə anketlərində yüksək qiymətləndirmiş və bir sıra təklifləri qeyd etmişdirlər.
Keçidlər