Göygöl rayonunda əhalinin suvarma suyuna olan tələbatın yaxşılaşdırılması istiqamətində işlər davam edir
10 fevral 2025 | 18:35
Göygöl rayonu Nadil kəndində yerləşən, məhsuldarlığını tam itirmiş 35/075 reper nömrəli subartezian quyusu Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Bununla da 15 hektar əkin sahəsinin və 43 fərdi təsərrüfatın suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.