Göygöl rayonunda əhalinin suvarma suyuna olan tələbatı yaxşılaşdırılmışdır
06 fevral 2025 | 13:19
Göygöl rayonu Xaqani kəndində yerləşən, məhsuldarlığını tam itirmiş 35/002 reper nömrəli subartezian quyusu Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Bununla da 25 hektar əkin sahəsinin və 42 fərdi təsərrüfatın suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.