Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib

25 noyabr 2022 | 15:46

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Orxan Məmmədovun sədrliyi ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə İcra Hakimiyyətinin aidiyyəti işçiləri iştirak ediblər.Təlim Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.9.3-cü bəndinin icrasını təmin etmək məqsədini daşıyıb.Təlimi giriş nitqi ilə açan Orxan Məmmədov qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti günü-gündən artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Eyni zamanda təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib. Habelə təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb edilən təlimlərlə bağlı praktik tapşırıqlar yerinə yetirilib.

Keçidlər