Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib

05 iyun 2024 | 13:10
Göygöl Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göygöl rayonu Qızılca kənd tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl rayonu Qızılca kənd tam orta məktəbin direktoru Mehparə Qasımova, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər dini radikalizm meyllərinin tarixi, təbliğatı, hədəf kütlələri və fəsadları barədə tədbir iştirakçılarını maarifləndirərək, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs ediblər. Çıxışçılar radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin təbliğ edilməsinin əhəmiyyətindən danışaraq, müasirlik, yenilik və eyni zamanda, milli-mənəvi dəyərlərə, milli köklərə bağlılıq kontekstində tərbiyə edilən uşaq və gənclərin sağlam gələcək demək olduğunu vurğulayıblar.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər