Göygöl rayonunda “Bu yol Şuşaya gedir” adlı tədbir keçirilib
Göygöl rayon Gənclər evində “Şuşa ili” çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Göygöl və Samux rayonları və Gəncə şəhərində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Bu yol Şuşaya gedir” adlı tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, Göygöl rayon Təhsil Sektorunun müdiri Elnur Qasımov, müvafiq sektorların əməkdaşları, məktəbdənkənar müəssisələrin və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbirdə müvafiq dərnəklərin üzvü olan şagirdlər müxtəlif rəqs nümunələri ilə çıxış ediblər.