Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda bitkiçiliyin inkişafına dair ümumrayon müşavirəsi keçirilib

11 sentyabr 2023 | 12:24
Göygöl rayonunda bitkiçiliyin inkişafı və qarşıda duran vəzifələr, mövcud statistik göstəricilərin müzakirəsi və fermerlərin məlumatlandırılması məqsədilə ümumrayon müşavirəsi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Göygöl Şərab ASC, Şirin Aqro MMC-nin nümayəndələri, iri torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.
Müşavirədə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun kənd təsərrüfatı sahəsində bitkiçiliyin ümumi çəkisini qeyd edərək, bitkiçilik sahəsində qarşıda duran vəzifələr və mövcud problemlərin həlli istiqamətində görüləcək işləri geniş və ətraflı təhlil edib, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında Göygöl fermerlərinin rolunu xüsusi vurğulayıb.
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov müqayisəli şəkildə məhsuldarlığın çox və az olduğu kəndləri, həmçinin yazlıq və payızlıq bəyan göstəricilərini, birgə əməkdaşlıq sayəsində görülən fəaliyyətlər haqqında geniş məruzə ilə çıxış edib. Çıxış edən digər natiqlər Göygöl rayonunda xüsusilə taxılçılığın inkişafı ilə bağlı fermerlərin aqrotexniki qulluq qaydalarına riayət etməli olduqlarını, toxumçu fermerlərin sertifikatlaşdırılma ilə bağlı diqqət etməli olduğu məqamları dilə gətiriblər.
Müşavirədə bitkiçilik sahəsində fermerlərin rastlaşdığı çətinliklər, suvarma ilə bağlı mövcud durum, istehsal olunan bitkiçilik məhsullarının həcmi, fermerlər tərəfindən qaldırılan məsələlər, təklif və şikayətlər ətrafında müzakirələr aparılıb. Rayonun kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə edən fermerlər və icra nümayəndələri təltif ediliblər. Müşavirənin sonunda kənd təsərrüfatının, xüsusilə də bitkiçiliyin inkişafı istiqamətində 18 bənddən ibarət qərar layihəsi qəbul olunub.
Keçidlər