Göygöl rayonunda baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə profilaktiki məqsədlə baytarlıq-sanitariya tədbirləri aparılır
02 iyun 2023 | 17:56
Heyvan xəstəliklərinin yayılmasının qarşısının alınmasında və ərazidə epizootik sabitliyin qorunub saxlanmasında heyvanlar arasında peyvənd tədbirlərinin aparılması ilə yanaşı baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə baytarlıq-sanitariya tələblərinə uyğun dezinfeksiya və digər baytarlıq tədbirlərin aparılmasının da böyük əhəmiyyət vardır. Qeyd olunanları nəzərə alaraq bu tədbirlərin aparılması Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində həmişə diqqət mərkəzində saxlanılır.
İdarənin rəisi Oqtay Həmidov: Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən 02 iyun 2023-cü il tarixdə rayon ərazisində yerləşən mal-qara satışı bazarında profilaktiki dezinfeksiya işləri aparılmışdır.
Mal-qara satışı bazarına müxtəlif yerlərdən satış məqsədilə heyvanların gətirildiyini nəzərə alaraq bazar ərazisində baytarlıq-sanitariya tələblərinə uyğun vaxtaşırı profilaktiki dezinfeksiya işlərinin aparılması bazar və rayon ərazisində heyvan xəstəliklərinin yayılmasının qarşısının alınmasına və epizootoloji sabitliyin qorunmasına xidmət edir. Belə tədbirlərin baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə - heyvandarlıq təsərrüfatlarında, heyvan kəsimi məntəqələrində, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı müəsissələrində, ət satışı mağazalarında və s. vaxtaşırı aparılması da nəzərdə tutulur. Profilaktiki dezinfeksiya və digər baytarlıq - sanitariya tədbirlərinin əhəmiyyəti və vacibliyi barədə mütəmadi olaraq bu sahədə çalışan vətəndaşlar arasında tərəfimizdən maarifləndirmə və təbliğat işləri aparılır.