Göygöl rayonunda “Azəriqaz” İB tərəfindən “Açıq mikrofon” aksiyası təşkil olunmuşdur
Göygöl rayon Mədəniyyət və İstirahət Parkında təşkil olunan görüşdə vətəndaşlar Göygöl rayonunun Yalqışlaq, Quşçu və Danayeri kəndlərinin yaxın gələcəkdə qazlaşdırılmasının həyata keçirilməsi məsələsini qaldırıblar. Bu müraciətlə müvafiq olaraq Zülfüqar Abbasov, Koroğlu Məmmədov və Gülabatın Abbasova mikrofon önündə çıxış ediblər. Ümumilikdə 6 müraciətin səsləndirildiyi “Səyyar qəbul otağı”nın digər sakinləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə yanaşı, həm də göstərilən köməklikliyə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər. Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.