Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda avtomobillərin təhlükəsiz hərəkətləri təmin edilib

14 yanvar 2024 | 16:59
Göygöl rayonu ərazisində müşahidə edilən qarlı və yağıntılı hava şəraiti ilə bağlı Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları tərəfindən yolların eləcədə piyada səkilərinin qardan təmizlənməsi işləri aparılır.
Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilib. Qum və duzdan istifadə olunmaqla şəhərin bütün yolları və piyada səkiləri buzdan operativ şəkildə təmizlənib.
Keçidlər