Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib

11 yanvar 2023 | 18:22
Göygöl rayonu ərazisində müşahidə edilən qarlı və yağıntılı hava şəraiti ilə bağlı şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları tərəfindən yolların eləcədə piyada səkilərinin qardan təmizlənməsi işləri aparılır.
Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilib. Qum və duzdan istifadə olunmaqla şəhərin bütün yolları və piyada səkiləri buzdan operativ şəkildə təmizlənib.
Hava şəraitinin gecə saatlarına doğru şaxtalı olması və yolların buz bağlaması nəzərə alınaraq müxtəlif təyinatlı texnikalar növbəlilik əsasında yollara qum-duz qarışığı səpirlər.
Keçidlər