Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Alban izləri

17 aprel 2023 | 10:41
Azərbaycanın ayrı-ayrı bölgələri tarixi abidələr sarıdan zənginliyi ilə seçilir. Belə regionlar içərisində xüsusilə ölkənin qərb hissəsi, daha dəqiq desək kiçik qafqaz dağlarında alban kilsələri və məbədləri çoxluq təşkil edir. Belə tikililərin əksəriyyətinin məkanı və tarixi haqda məlumatlar olsa da, unudulan qədim abidələr də mövcuddur. Qarşıdakı sujet bəlkə də çoxları üçün bilinməyən alban kilsəsi haqqındadır.
Göygöl rayonunun Üçbulaq - keçmiş adıyla desək Murud kəndində yerləşən bu qədim tikili orta əsrlərə aid edilir. Üzərində tarixi ilə bağlı heç bir yazıya rast gəlinməyən tikili təxmini olaraq XVI-XVII əsrlərə aid edilir. Bu ərazilərə xas olan məbədin albanlar tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda durumu ürəkaçan vəziyyətdə olmayan tikilinin divarları aşınıb, deformasiyaya uğrayıb və böyük çatlar əmələ gəlib. Restavrasiyaya ehtiyacı olan alban kilsəsi müəyyən dövrdə bu ərazidə məskunlaşan ermənilər tərəfindən dini məbəd kimi də istifadə edilib. Ancaq mənfur qonşularımız xislətlərindən geri qalmayaraq qədim abidəni mənimsəmək cəhdləri də ediblər. Bunu abidənin giriş hissəsinə yerləşdirilən lövhə ilə əsaslandırmaq olsa da, daşın sonradan qoyulduğunu görmək o qədər çətin deyil.
Keçidlər