Göygöl rayonunda “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa keçirilib
15 may 2024 | 11:20
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə Göygöl rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa təşkil olunub. Rayon Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Rayon üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Dilarə Mövlayeva, nümunəvi ailələr və gənclər iştirak ediblər.
Dəyirmi masada mövzu ətrafında çıxışlar dinlənilib, ailə dəyərləri geniş təbliğ olunub və qeyd olunub ki, ailə və dövlətin, ailə və cəmiyyətin müqəddəratı daim eyni olur. Güclü cəmiyyət sağlam ailə münasibətlərinə bağlıdır. Konstitusiyamızda ailə dövlətin və cəmiyyətin əsas özəyi kimi qəbul edilir. Biz həm də tarixən ailəni ocaq və qoruyucu nüvə sayan bir mədəniyyətin, sivilizasiyanın mənsublarıyıq. Güclü ailə güclü dövlətin təməlidir. Ailə kiçik dövlətdir, dövlət böyük ailədir.