Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda "Açıq qapı" günü keçirilib

25 may 2022 | 11:36

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Açıq qapı" günü keçirilib. “Açıq qapı” gününün keçirilməsinin əsas məqsəd psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ailələrin maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir.  

Görüşdə vətəndaşların problemləri dinlənilərək onlara qanunamüvafiq məsləhətlər verilib, həlli mümkün olan məsələlərə dəstək göstərilib. Xüsusilə də şəhid və qazi ailələrindən olan müraciətlərə xüsusi diqqət göstərilib. 

Keçidlər