Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 9 Dekabr Beynəlxalq korrupsiyaya qarşı mübarizə günü qeyd edilib

13 dekabr 2022 | 14:26
Göygöl Rayon İcra Hakimiyyətində Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə  9 Dekabr Beynəlxalq korrupsiyaya qarşı mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada Rayon İcra Hakimiyyəti Başçısı Apparatının Hüquq şöbəsinin məsləhətçisi Orxan Məmmədov çıxış edərək 9 Dekabr Beynəlxalq korrupsiyaya qarşı mübarizə gününün tarixi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”ının icrası ilə bağlı yerli icra hakimiyyəti orqanlarına aid olan bəndlərinin mahiyyətini açıqlayıb.
Sonra dəyirmi masada çıxış edən digər natiqlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə proqramından, qanunvericilik bazasından və ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlardan, eyni zamanda qəbul etdiyi proqramlardan danışaraq dəyirmi masa iştirakçılarına geniş və ətraflı məlumat veriblər.
Dəyirmi masa iştirakçıları korrupsiyaya qarşı mübarizənin zəruriliyini vurğulayaraq bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini bildiriblər.
Keçidlər