Göygöl rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş bayram konserti təşkil olunub
09 noyabr 2024 | 14:45
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş ümumrayon mədəni kütləvi tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər.
Tədbirdə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin iştirakı ilə “Zəfər” adlı bədii-musiqili proqram təqdim olunub. Sonra Göygöl şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.