Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

05 mart 2025 | 13:44
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, Göygöl rayonu üzrə gənclər və idman sektorunun müdiri Zaur Abbasov, idman təşkilatlarının və klublarının rəhbərləri, idmançılar və məşqçilər iştirak ediblər.
Toplantıda çıxış edən Kəmalə İbrahimova idmançıları təbrik edərək, onların ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb və gələcək yarışlarda uğurlar arzulayıb. O qeyd edib ki, 5 Mart tarixinin Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında təsis edilib və bu, ölkədə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Zaur Abbasov rayon idmançılarının qazandığı uğurlardan danışıb, onların əldə etdiyi nailiyyətlərin rayonun idman həyatına töhfə verdiyini bildirib. O, idmanın inkişafı və gənclərin sağlam həyat tərzinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin önəmini vurğulayıb.
Digər çıxış edənlər qeyd etdilər ki, Göygöldə keçirilən bu tədbir bir daha sübut edir ki, idman ölkəmizdə prioritet sahələrdən biri olaraq daim diqqət mərkəzindədir və idmançılarımızın uğurları dövlət tərəfindən yüksək qiymətləndirilir.
Tədbirin sonunda müxtəlif idman növlərində fərqlənən idmançılar və məşqçilər Fəxri Fərmanla təltif olunublar. Yekunda xatirə fotosu çəkdirilib.
Keçidlər