Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “5 Mart – Bədən tərbiyəsi və idman günü” qeyd olundu

05 mart 2024 | 16:07
“5 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Göygöl rayonunda müxtəlif idman yarışları və müsabiqələr təşkil olundu və yekun olaraq Göygöl rayon Gənclər Evinin akt zalında rayon gənclərinin və idmançısının iştirakı ilə ümumrayon toplantısı keçirildi. Toplantıda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi müəllimləri və idamçıları, ümumtəhsil məktəblərinin bədən tərbiyəsi və idman müəllimləri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər ölkə rəhbərinin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş və ətraflı məlumat verdilər, göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Yekunda idman sahəsində qazandıqları uğurlara görə bir sıra rayon idmançısına Fəxri Fərmanlar təqdim olundu.
Keçidlər