Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “31 Mart Azərbaycanlıların Soyqırımı günü”nə həsr edilmiş toplantı təşkil olunub

31 mart 2025 | 13:10
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Göygöl Gənclər Evinin, Göygöl rayon Mədəniyyət Mərkəzinin, Göygöl Peşə məktəbinin əməkdaşları və müəllimlər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən nitqi ilə tədbiri açıq elan edərək bildirdi ki, 31 mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra 1918-ci ildə mart ayında baş vermiş hadisələrə, düz 80 ildən sonra 1998-ci ilin mart ayının 26-da imzaladığı soyqırımı haqqında fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində öz siyasi qiymətini verdi. Bu fərman qanlı faciə ilə bağlı ən böyük siyasi sənəd oldu. Prezident cənab İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Ən mötəbər tribunalarda çıxış edən dövlət başçımız hər zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri dünya dövlətlərinin diqqətinə çatdırır və onları erməni vəhşiliyi qarşısında səssiz qalmamağa çağırır.
Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Ona görə də hər birimiz xalqımızın tarixinə qanla yazılmış bu hadisələri unutmamalı, erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməliyik.
Keçidlər