Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 28 May - Müstəqillik Günü qeyd olunub

27 may 2023 | 20:05
28 May - Müstəqillik Günü münasibəti ilə "Müsəlman Şərqində ilk hüquqi, dünyəvi, demokratik dövlət" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edib və bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev çıxışında “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdiyini, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini qeyd edib.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl Rayon Təşkilatının nümayəndəsi Nurəddin Babayev çıxış edərək bildirib ki, Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.
Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə çıxışında vurğulayıb ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova çıxış qeyd etdi ki, 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.
Sonda tədbir iştirakçılarına Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl Rayon Təşkilatının və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirildi.
Keçidlər