Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə günü” ilə əlaqədar yekun tədbir keçirilib

25 iyun 2022 | 15:43

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya” tərəfindən “Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” mövzusunda təşkil olunmuş yekun  maarifləndirici tədbirdə komissiyanın sədri Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev və komissiya üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, din xadimləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti nümayəndələr iştirak ediblər.

Komissiyanın sədri Turani Əliyev tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın  tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda bitənlərin aşkarlanaraq məhv edilməsi məqsədilə Göygöl rayonunda hər il mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Komissiyanın narkomanlığın yayılmasının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkotik xassəli bitkilərin əkilib-becərilməsinin, bu növ bitkilərin yabanı şəkildə bitənlərinin aşkar olunub məhv  edilməsi, narkomanlığa düçar olunmuş şəxslərin müəyyən edilib qeydə alınması, onların barəsində müvafiq müalicəvi və profilaktika işlərinin yerinə yetirilməsi, narkomaniyanın insan orqanizminə ziyanı, cəmiyyətdə yaratdığı fəsadlar haqqında geniş izahat və təbliğat işlərinin aparılması  sahəsində əlavə tədbirlər həyata  keçirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsini qeyd edən Turani Əliyev cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Göygöl rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.

Daha sonra tədbirdə Komissiya üzvləri ayrı-ayrılıqda çıxış edərək, yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olan narkomaniya ilə birgə mübarizə aparmağa çağırmışlar.

 

Keçidlər