Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə günü” ilə əlaqədar tədbir keçirilib

25 iyun 2023 | 22:20
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya” tərəfindən “Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” mövzusunda təşkil olunmuş tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, komissiyanın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, müasir dövrdə bəşəriyyəti düşündürən qlobal problemlərdən biri də ciddi bəlaya və təhlükə mənbəyinə çevrilən narkomaniyadır. İnsanları fəlakətə sürükləyən, cinayətlərə səbəb olan, taleləri məhv edən narkotik maddə istifadəçilərini tədricən uçuruma aparır, ölümə sürükləyir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vurub, qarşısıalınmaz bir təhlükəyə çevrilib. Dövrümüzdə aludəçilərin əksəriyyətinin gənclər olması böyük məyusluq yaradır. Bunun sonunda dayanan faciəni təsəvvür etmək isə çox qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Gəncliyin məhvi gələcəyin məhvidir. Bunun qarşısının alınması mexanizmləri hazırlanmalı olduğunu qeyd etdi və aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın sədri Kəmalə İbrahimova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda bitənlərin aşkarlanaraq məhv edilməsi məqsədilə Göygöl rayonunda hər il mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Komissiyanın narkomanlığın yayılmasının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkotik xassəli bitkilərin əkilib-becərilməsinin, bu növ bitkilərin yabanı şəkildə bitənlərinin aşkar olunub məhv edilməsi, narkomanlığa düçar olunmuş şəxslərin müəyyən edilib qeydə alınması, onların barəsində müvafiq müalicəvi və profilaktika işlərinin yerinə yetirilməsi, narkomaniyanın insan orqanizminə ziyanı, cəmiyyətdə yaratdığı fəsadlar haqqında geniş izahat və təbliğat işlərinin aparılması sahəsində əlavə tədbirlər həyata keçirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsini qeyd edən Kəmalə İbrahimova cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Göygöl rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.
Komissiyanın üzvü Göygöl rayon Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Nəsirov çıxış edərək bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verərək, məktəb şagirdləri arasında həkimlərin də narkomaniyanın fəsadları barədə maarifləndirmə işlərinin aparılmasına cəlb edilməsinin zəruri olduğunu bildirdi.
Daha sonra tədbirdə Komissiya üzvləri ayrı-ayrılıqda çıxış edərək, yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olan narkomaniya ilə birgə mübarizə aparmağa çağırmışlar.
Keçidlər