Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “20 Yanvar Günü – Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzidir” mövzusunda dəyirmi masa təşkil olunub

20 yanvar 2025 | 15:56
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar Günü – Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzidir” mövzusunda tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, İHB-sı Aparatının məsul şəxsləri, rayonun idarə və müəssisələrinin əməkdaşları, müəllimlər və gənclər iştirak ediblər. İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İHB-nın müavini Kəmalə İbrahimova giriş nitqində qeyd edub ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. O, Qanlı Yanvar hadisələri Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gündür.
Tədbirdə çıxış edən Göygöl şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Elnarə Abbasova, Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının baş məsləhətçisi Əfsanə Cəfərova və digər natiqlər faciənin tarixi barədə ətraflı məlumat verdilər və bildiriblər ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, 70 il ərzində qırmızı imperiyanı Qanlı Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmadı, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, bu qanlı cinayətə görə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi-hüquqi münasibət bildirildi. Bu gün Azərbaycan xalqı qürur hissi keçirir ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı düşməndən azad etdi, bir daha xalqımızın yenilməz, məğrur bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Daha sonra 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş sənədli film təqdim edilib.
Keçidlər