Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2 İyul Polis Günü münasibəti ilə tədbir keçirilib

02 iyul 2023 | 16:53
Azərbaycan polisinin yaranmasının 105 illiyi – 2 İyul Polis Günü münasibəti ilə Göygöl rayon Polis şöbəsində tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və şəhidlər xiyabanı ziyarət edilərək, əziz xatirələri ehtiramla anılıb. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Polis şöbəsinin şəxsi heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək polis əməkdaşlarını 2 İyul Polis Günü münasibəti ilə təbrik edib, Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna xidmətlərindən danışaraq, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Göygöl rayon Polis şöbəsinin rəisi polis-polkovniki Zaur Nəsirov 2 İyul Polis Günü münasibəti ilə şəxsi heyəti təbrik edərək, səslənmiş bütün xoş söz və təbriklər üçün minnətdarlığını bildirib və şəhid ailələri, müharibə iştirakçıları və qazilərə hədiyyələr təqdim edib. Tədbirdə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub. Sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiyinə görə bir sıra polis əməkdaşı Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Keçidlər