Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunub

02 iyul 2024 | 13:05
Bu gün Azərbaycan polisinin yaranmasının 106-cı il dönümüdür. 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə də bu proses davam etdirilmiş və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan olunmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Azərbaycan polisinin yaranmasının 106-cı il dönümü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, hüquq-mühafizə orqanlarının digər rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önümə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Azərbaycan polisinin yaranmasının 106-cı il dönümünə həsr olunmuş Göygöl Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bir qrup polis əməkdaşı xidməti vəzifələrinin layiqincə yerinə yetirdiyinə görə 2 İyul - Azərbaycan Polisi Günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Keçidlər